AZE | RUS | ENG |

Günay Mehdizadə “Qardaş Məktəb”-də Azərbaycanı təbliğ edib

Günay Mehdizadə “Qardaş Məktəb”-də Azərbaycanı təbliğ edib
Dünən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı Günay Mehdizadə Bursa Zəki Mürən Gözəl Sənətlər Liseyində master- klass keçib.  Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb” layihəsinin ideya müəllifi, təşkilatçısı olan Azərbaycanlı rəssam liseyin tələbələrinə ilk növbədə Azərbaycanın mədəniyyəti və milli  mənəvi dəyərlərindən bəhs edib. Daha sonra onlara öz rəssamlıq metodlarının sirlərini bölüşüb.  
Hazırda Türkiyədə olan Günay Mehdizadə bildirir ki, o öz çıxışında Azərbaycanın tarixi abidələrindən, müasir dövrün tikililərindən bəhs edib: "Türkiyə təhsil nazirliyinin təklifi ilə Zəki Mürən Gözəl sənətlər liseyində ustad dərsləri keçdim.  Belə ki, şagirdlərə şəxsi texnikamdan bəhs etdim. Azərbaycan ensiklopediyasına daxil olan əsərim haqqında danışdım. Bu gün paytaxtımızda, dənizkənarı park ərazisində orijinal formasına görə milli musiqi aləti olan tarı xatırladan Muğam Mərkəzindən,   "Üç alov” kompleksindən, orijinal formalı Azərbaycan Xalçası Muzeyindən, Heydər Əliyev Mərkəzindən bəhs etdim. Bu tikililərin böyük turist axını cəlb etdiyini və Azərbaycanın tarixi memarlıq abidəsi olaraq böyük  diqqət çəkdiyini vurğuladım.  Təbii ki, son illər ölkəmizdə istifadəyə verilən müasir tikililər ölkəmizin iqtisadi inkişafının göstəricisi olduğunu bildirdim. Bunlarla bağlı şagirdlərə slayd da nümayiş olundu”.
 
Rəssam deyir ki, onun çıxışı liseydə maraqla qarşılanıb: "Əslində bu layihə çox gözəl qarşılandı. Belə ki, sözügedən liseydə şagirdlər Azərbaycanın mədəniyyət abidələri ilə tanış oldular və  yaşadığımız məmləkətin gözəlliyindən xəbərdar oldular. Onların Azərbaycana böyük maraqları yarandı. Onlar Azərbaycanı görmək istədiklərini, orada olmasalar belə Azərbaycan haqqında xoş təəssüratlarının yarandıqlarını bildirdilər. Azərbaycana aid suallar verdilər”.
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178