• cümə, 19 Aprel, 12:33
  • Baku Bakı 25°C

Günay İbrahimli: “Külək olacağını bilmirdim, qəfil baş verdi“

26.09.13 14:19 4056
Günay İbrahimli: “Külək olacağını bilmirdim, qəfil baş verdi“
Müğənni Günay İbrahimli ATV telekanalına qadağa qoyması ilə bağlı xəbərlərə aydınlıq gətirib
Axşam.az-in məlumatına görə, sənətçi radioların birində canlı telefon bağlantısı ilə qoşularaq yayılan videodan və qadağadan danışıb:
“Mən heç vaxt ATV-yə qadağa qoymaram. Yalan məlumatdır. Bir sayt var, onlara zəng vurub dedim ki, bundan sonra mənim haqqımda heç nə yazmayın, gələndə sizinlə necə danışacağımı bilirəm. Onlar da qarşılığında bu cür məlumat verdilər”.
G.İbrahimli konsertlərdən birindi ətəyinin qalxması ilə bağlı yayılan məlumatlara da toxunub:
“Bu, hər bir insanın başına gələ bilər. Elə görüntünü yayan insanların da başına gələcək. Hazırda Türkiyədəyəm, videoya dünən baxa bilmişəm. O kadrlar mənə qarşı qara piar idi. Amma düşünməsinlər ki, bu, Günayı gözdən salacaq. Havanın küləkli olacağını bilmirdim, qəfil baş verdi”.
Günay bu cür ucuz piardan hər zaman qaçdığını deyib:
“Mən sənətimlə ciddi məşğulam. İstanbula işlə bağlı gəlmişəm, amma fikrim yenə qalıb Bakıda. Axı yeni mahnı təqdim etməliyəm. Qorxuram, birdən unudularam”.
Qeyd edək ki, Günayın libası Fərda Xudaverdiyevin "Stand up" şousunda səhnəyə çıxarkən qalxmışdı.
Digər bir xəbərdə isə Günayın bu videonu yayan ATV telekanalına onu görüntüləməyi qadağa qoyduğu qeyd edilmişdi.
banner

Oxşar Xəbərlər