• şənbə, 20 Aprel, 12:36
  • Baku Bakı 23°C

Günay İbrahimli: “Ağzım 24 saat işləyir”

05.10.13 10:21 1927
Günay İbrahimli: “Ağzım 24 saat işləyir”
Bu günlərdə şou-biznes nümayəndələrinin pis vərdişləri ilə bağlı gündəmdə olan sənətçilər arasında sorğu keçirmişdik. Sorğumuzu dünən cavablandıran Günay İbrahimli 24 saat ağzının işlədiyini, demək olar ki, bütün günü yemək yediyini söylədi.
İfaçının sözlərinə görə, o, yeməyinə diqqət yetirmir: “Yemək görəndə özümü saxlaya bilmirəm. Ürəyim istədiyi qədər də yeyirəm. Bilirəm ki, kökəlsəm, mənim üçün arıqlamaq asandır. Nəslimizdə kök adamla çox az hallarda rastlaşmaq olar. Günüm demək olar ki, ayaq üstündə keçir, ona görə də aldığım kalorini hərəkət etməklə çıxarıram. Beləcə, özümü normada saxlamağı bacarıram”.
Xəyalə
banner

Oxşar Xəbərlər