• cümə, 19 Aprel, 18:46
  • Baku Bakı 24°C

Günahsız yerə 39 il həbsdə olan şəxsə 21 mln. dollar təzminat ödənəcək

25.02.19 09:22 552
Günahsız yerə 39 il həbsdə olan şəxsə 21 mln. dollar təzminat ödənəcək
Amerikanın Kaliforniya ştatında törətmədiyi qətlə görə39 il həbsdə qalan kişiyə 21 milyon dollar məbləğində təzminat ödəniləcək.
"Report" ABC-yə istinadən xəbər verir ki, ABŞ sakinKreyq Koli 1978-ci ildə qadın və onun dörd yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunub.
Yenidən aparılan araşdırma sayəsində başqa insanın DNT izlərini aşkar etmək mümkün olub və bu, Kolinin günahsız olduğunu sübut etməyə kömək edib.
2017-ci ilin noyabrında artıq 70 yaşında olan kişi azadlığa buraxılıb.
Simi-Velli şəhər rəhbərliyinin bildirdiyinə görə, onlar Koli ilə ona təzminatın ödənilməsi barədə razılığa gəliblər.
banner

Oxşar Xəbərlər