AZE | RUS | ENG |

Gün eynəyi ultrabənövşəyi şüaların qarşısını almalıdır

Gün eynəyi ultrabənövşəyi şüaların qarşısını almalıdır
Eynəklər ilin bütün fəsillərində istifadə olunan aksessuar olsa da, ona daha çox yayda ehtiyac duyulur.

AZƏRTAC xəbər verir ki, orqanizmin ən zərif orqanının mühafizəsi üçün istifadə edilən eynəklərin bir sıra xüsusiyyətləri var.

Eynəklər plastik və şüşə materiallardan hazırlanır. Şüşə materialın adi, xomilyon və başqa növləri var. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq, tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur. Ondan görmə zəifliyini aradan qaldırmaq, xarici təsirlərdən və elektromaqnit şüalanmadan qorunma və ya sadəcə aksessuar məqsədilə istifadə edilir.

Şüşə, polikarbonat plastik və optik plastikdən düzəldilən eynəklər təhlükəsiz və istifadə üçün daha əlverişli hesab olunur. Mövsümi olaraq daha çox istifadə olunan gün eynəkləri isə əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Plastmas və ya adi tünd şüşədən hazırlanan eynəklər günəş şüalarını udmaq qabiliyyətinə malik deyil və sağlamlıq üçün təhlükəlidir. Gün eynəyinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraxılmaması göstərilir.

İlk növbədə onun rənginə və çəkisinə fikir vermək lazımdır. Eynək nə tünd, nə də açıq rəngdə, yüngül, çox rahat, göz çuxuruna uyğun, həmçinin göz şüalarını qıran və qoruyucu, gözü qamaşdırmayan xüsusiyyətlərə malik olmalıdır.

Eynəklərin keyfiyyətini ayırd etmək xeyli çətindir, amma bəzi xüsusiyyətlərə görə onu müəyyən etmək olur. Məsələn, qəhvəyi rəngli eynək keyfiyyətlidirsə, ətrafdakı əşyalar öz rənglərində, əks halda bütün əşyalar qəhvəyi rəngdə görünür.

Mütəxəssislərin fikrincə, gün eynəyi alarkən şüşənin rənginin tünd və ya açıq olmasından başqa ultrabənövşəyi şüaların qarşısını alıb-almadığına da fikir vermək lazımdır. Eynək taxılan zaman ətrafın bulanıq görünməsi seçimin düzgün aparılmadığını göstərir. Bununla yanaşı, şüşənin üzərində zəmanəti göstərən qeydiyyat məlumatı öz əksini tapmalıdır. Eynək seçərkən tünd deyil, açıq rəngli şüşələrə üstünlük verilməlidir. Oftalmoloqlar xəbərdarlıq edirlər ki, eynək seçiminin düzgün olmaması gözün görmə qabiliyyətinin getdikcə pisləşməsinə səbəb ola bilər. Səhv seçilmiş gün eynəkləri gözün görmə qabiliyyətinin zəifləməsinə, göz təzyiqinin yaranmasına və başağrısına da səbəb olur. Eynək alarkən üz quruluşuna uyğun, qulaqlara və buruna təzyiq göstərməyən və ultrabənövşəyi şüaları keçirməyən eynəklərə üstünlük vermək məsləhətdir.

Enli eynək modelləri nəinki gözləri, həmçinin gözətrafı dərini qoruyur. Günəş işığında tez-tez gözlər qıyıldığına görə gözətrafı zonada qırışların əmələ gəlməsi müşahidə olunur. Ona görə də böyük ölçülü eynək seçilməsi daha düzgün hesab edilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176