• çərşənbə, 24 Aprel, 05:38
  • Baku Bakı 14°C

Gün ərzində 28 cinayətin üstü açılıb

26.04.19 11:09 626
Gün ərzində 28 cinayətin üstü açılıb
Aprelin 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər