• çərşənbə axşamı, 23 aprel, 10:06
  • Baku Bakı 20°C

Gümrü – Ermənistanın ən yoxsul və dilənçilər şəhəri

17.11.18 12:54 353
Gümrü – Ermənistanın ən yoxsul və dilənçilər şəhəri
Gümrü Ermənistanın ən yoxsul şəhəridir. Şəhər sakinlərinin təqribən yarısı dilənçi səviyyəsində yaşayır.
Trend-in məlumatına görə, bu barədə Lenta.ru saytında yayılmış reportajda deyilir.
Qeyd olunur ki, 1988-ci ilin dekabrındakı zəlzələdən sonra Gümrü sakinlərinin yarısını itirdi – bir qismi öldü, digərləri yeni həyat üçün başqa şəhərlərə köçdülər.
Ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə hazırda minlərlə ailə atılmış, qəzalı binalarda yaşayır. Onların əksəriyyəti yeni mənzillə təmin olunacaqlarına heç ümid də etmirlər.
banner

Oxşar Xəbərlər