• çərşənbə axşamı, 19 mart, 12:07
  • Baku Bakı 8°C

Gülzar nənənin sehrli dünyası Fotolar

24.05.13 09:03 2928
Gülzar nənənin sehrli dünyası Fotolar
Suraxanı rayonu Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialı Əmircan qəsəbə M.Əzizbəyov adına Mədəniyyət evində uşaqların sevimli yazıçısı Gülzar xanım İbrahimovanın iştirakı ilə "Gülzar nənənin sehrli dünyası" adlı tədbir keçirilib.
“Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi 200 nəfərdən çox uşaq iştirak edən tədbirdə bütün iştirakçılara “Sehrli Dünya” uşaq jurnalı hədiyyə etdi. Tədbirdə 87, 114, 97, 154 saylı məktəb şagirdlərinin ifasında Gülzar nənənin nağıllarından səhnəciklər göstərildi, müəllifin yeni şeirləri səsləndi. Uşaqların ifasında milli və xarici rəqslər ifa olundu. Şən tapmacalar viktorinası keçirildi. Gülzar İbrahimova uşaqlara yaradıcılığının yeniliklərindən danışdı. Onlara yay mövsümünə hədiyyə olaraq yeni diskli “Nağıllar” kitabını çapdan çıxaracağını söz verdi. Tədbirin sonunda Əmircan bələdiyyə sədrinin müavini, tarixçi Fəridə xanım Bünyadova və Suraxanı rayonu MKS-nin 1 saylı filialının rəhbəri Dilguşə xanım Babayeva çıxış edərək, Gülzar xanıma təşəkkür bildirib, yazıçı və şairə xanıma yaradıcılıq uğurları dilədilər.

banner

Oxşar Xəbərlər