• cümə, 29 Mart, 19:25
  • Baku Bakı 14°C

Gülüstan Əliyevanın oğlunun toyunda dava

01.10.13 18:15 5830
Gülüstan Əliyevanın oğlunun toyunda dava
Bu gün Əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyevanın oğlunun toyu olub. Lent.az-ın məlumatına görə, müğənninin oğlu “Platin” restoranına toy karvanı ilə gələn zaman yolda maşınlar arasında ötüşmə baş verib. Bu ötüşmə isə sürücülər arasında narazılıq yaradıb.
Onlar aralarında baş verən bu məsələni restorana çatandan sonra, çözmək qərarına gəliblər. Tərəflər arasında insident 5-10 dəqiqə davam edib. Müğənninin bacısının məsələyə müdaxiləsindən sonra ortalıq sakitləşib. Bütün bu baş verənlərdən isə Gülüstan Əliyeva xəbərsiz olub. Belə ki, o restoranın daxilində məclisə təşrif buyuran qonaqları qarşılayırdı.
Müğənni G. Əliyeva öz növbəsində media işçilərinin toya buraxılmadığını söyləyib: “Toy mediaya qapalıdır. Lazım olsa, özüm bir gün sonra şəkilləri mediaya təqdim edəcəyəm”.
Qeyd edək ki, xanəndə Gülüstan Əliyevanın oğlunun sentyabrın 27-də qız toyu olub. Toyu müğənni Elton Hüseynəliyev və Aşıq Samirə idarə edib.
banner

Oxşar Xəbərlər