• cümə axşamı, 18 aprel, 08:39
  • Baku Bakı 12°C

Gültəkin Hacıbəyliyə qarşı iddia qaldırıldı

07.10.13 16:15 1331
Gültəkin Hacıbəyliyə qarşı iddia qaldırıldı
Bu gün Yasamal Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəyliyə qarşı onun keçmiş həyat yoldaşı və baldızı tərəfindən qaldırılan iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu barədə APA-ya G. Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib. B. Bayramov hazırlıq iclasında məhkəmə baxışının oktyabrın 14-nə təyin edildiyini bildirib.
Mehdiyev Mahmud Lətif oğlu və onun bacısı Mehdiyeva Aynur Lətif qızını Yasamal Rayon Məhkəməsinə Gültəkin Hacıbəylinin Cinayət Məcəlləsinin 147.1 (147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında iddia ilə müraciət ediblər.
İddianın qaldırılmasına səbəb kimi Gültəkin Hacıbəylinin keçmiş baldızı barədə mətbuatda səsləndirdiyi fikirlər əsas gətirilib. Qeyd olunub ki, bu il iyunun 13-də Daxili İşlər Nazirliyinin saytı nazirliyin İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aynur Mehdiyevanın Dubay şəhərindən Filippin vətəndaşını dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə bir ildən artıq müddətə əməyini istismar etməsi faktını müəyyən etməsi barədə məlumat yayıb. Bundan sonra G. Hacıbəyli həmin məlumatı öz müsahibəsində xatırladıb. Bundan narazı qalan qarşı tərəf isə G. Hacıbəyliyə qarşı iddia ilə məhkəməyə müraciət edib.
banner

Oxşar Xəbərlər