• cümə, 19 Aprel, 11:35
  • Baku Bakı 13°C

Gültəkin Ana vəfat etdi

21.05.14 11:26 1719
Gültəkin Ana vəfat etdi
Milli azadlıq hərəkatının fəallarından Gültəkin Həsənova (Gültəkin Ana) dünyasını dəyişib.
Bu barədə APA-ya məlumat verən KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki. G.Həsənova uzun sürən xəstəlikdən sonra ötən gecə 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, G.Həsənova Azadlıq meydanında keçirilən ilk mitinqə öz əlləri ilə tikdiyi üçrəngli Azərbaycan bayrağını gətirib. Milli-azadlıq hərəkatının fəalları ona "Gültəkin Ana" deyə müraciət edirdilər.
banner

Oxşar Xəbərlər