• cümə axşamı, 28 mart, 12:56
  • Baku Bakı 16°C

Gülnarə Kərimovaya Qazaxıstandan sığınacaq təklifi

25.11.13 13:25 1959
Gülnarə Kərimovaya Qazaxıstandan sığınacaq təklifi
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya Qazaxıstandan siyasi sığınacaq təklif olunub. Bu haqda APA Total.kz saytına istinadən məlumat verir.
Qazaxıstanın Müsəlman Birliyinin başçısı Murat Telibəyov dövlət katibi Marat Tajinə və xarici işlər naziri Erlan İdrisova müraciət ünvanlayaraq , G. Kərimovaya Qazaxıstan vətəndaşlığı verilməsini təklif edib. Telibəyovun fikrincə bu, Qazaxıstanın yeni xarici siyasət strategiyasının başlanğıcı ola bilər.
“Özbəkistanda humanitar vəziyyət mürəkkəbləşir. Öz növbəsində, Qazaxıstan Mərkəzi Asiya regionunda demokratiyanın vüsət almasına yardımçı ola bilər”, - Müsəlman Birliyinin yaydığı sənəddə deyilir.
Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Gülnarə Kərimovanın Özbəkistanı tərk edəcəyi haqqında xəbərlər yayılıb. G.Kərimovanın özü isə bu haqda rəsmi açıqlama verməyib. Ölkəni tərk etmək qərarı hüquq-mühafizə orqanlarının Kərimovaya məxsus şirkətlərə qarşı hərəkətləri ilə izah olunur.
Özbəkistan prezidentinin qızının təsis etdiyi və sahib olduğu təşkilatlarda gedən yoxlamalar Kərimovlar ailəsində yaşanan münaqişə ilə əlaqələndirilir. Güman edilir ki, ziddiyyətlər Gülnarənin Twitter-də yerləşdirdiyi fikirləri ilə bağlıdır. G.Kərimova sosial şəbəkə vasitəsilə Özbəkistanın güc strukturlarını tənqid edib, həmçinin, ailə üzvləri haqqında ifşaedici məlumatlar yayıb.
Murad Telibəyovun rəhbərlik etdiyi Qazaxıstan Müsəlmanları Birliyi Qazaxıstan Müsəlmanlarının Dini İdarəsi ilə əlaqəli olmayan təşkilatdır. Telibəyovun özü birmənalı qarşılanmayan təşəbbüsləri ilə tanınır. Xüsusən, o, ərə gedən qızlara tenderlərin keçirilməsi, yaşlı prezidentlərin edam edilməsi və Qazaxıstanda Hitlerə qarşı məhkəmə keçirilməsi təklifi ilə məşhurdur.
banner

Oxşar Xəbərlər