• cümə axşamı, 18 aprel, 23:17
  • Baku Bakı 21°C

Gülnarə Kərimovanın köməkçisi ölkədən qovuldu

26.12.13 12:26 1206
Gülnarə Kərimovanın köməkçisi ölkədən qovuldu
APA-nın məlumatına görə, deportasiya dekabrın 24-də həyata keçirilib. Elə həmin gün Avropa Birliyinin maraqlarını Özbəkistanda təmsil edən İtaliya səfirliyi Y. Qalanosa Yunanıstana getmək üçün sənəd verib.
“Uznews.net”in məlumatına əsasən, Y. Qalanos Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın köməkçisi olub. Daşkənddə doğulmuş Y. Qalanos 2009-cu ildə Yunanıstan vətəndaşlığını qəbul edib. Eyni zamanda Özbəkistan vətəndaşlığından məhrum edilən Y. Qalanos 2011-ci ildə vətəninə qayıdaraq vaxtı keçmiş pasport və vizasız yaşayırmış. Ehtimallara görə, məhz G. Kərimovanın himayəsi nəticəsində Y. Qalanosa qarşı heç bir tədbir görülməyib.
Xatırladaq ki, Yanis Qalanos Gülnarə Kərimovanın rəhbərlik etdiyi “Mədəniyyət və incəsənət” Fondunda işləyib, noyabrın 13-də isə Özbəkistanın hüquq - mühafizə
orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, vaxtilə Gülnarə Kərimovanı atası, prezident İslam Kərimovun varisi adlandırırdılar. Lakin noyabrda G. Kərimovaya yaxın kommersiya və ictimai qurumlar hakimiyyətin təzyiq ilə üzləşib, rəhbərlik etdiyi Fond bağlanılıb, yaxın adamlarının bir neçəsi isə tutulub. Bu, G. Kərimovanın güc strukturlarının ünvanına sərt çıxışları və “Twitter”də ailə üzvləri ilə bağlı yerləşdirdiyi kompromatlarla əlaqələndirilir.
banner

Oxşar Xəbərlər