• cümə axşamı, 28 mart, 20:48
  • Baku Bakı 13°C

Gülnarə Kərimova həbs olunub

28.07.17 11:40 1392
Gülnarə Kərimova həbs olunub
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. "Gülnarə Kərimovaya qarşı Cinayət Məcəlləsinin 168, 178, 182, 189, 228 və 243-cü maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qəti imkan tədbiri seçilib" , - deyə Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə üzrə İdarəsinin açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, G. Kərimova hələ 2015-ci ildə bir sıra cinayətlər üzrə günahkar sayılıb. Belə ki, o, mənimsəmə, zorla pul qoparma, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və vergidən yayınma üzrə epizodlar üzrə ittiham edilən qruplaşma ilə bağlı olmaqda günahlandırılaraq azadlığı 5 il müddətinə məhdudlaşdırılıb. Qruplaşmanın vurduğu ümumi zərər 1,270 trilyon sum, 1,651 milyard dollar və 21,6 milyon avro məbləğində qiymətləndirilib.
Gülnarə Kərimovaya qarşı ittihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb. Qrupun 12 ölkədə aktivləri üzə çıxarılıb. Bu aktivlərin 1,394 milyard dollar, 63,5 milyon avro, 27 milyon funt-sterlinq və 18,5 milyon İsveçrə frankı məbləğində olduğu bildirilir. Təkcə İsveçrə Prokurorluğu qrupa aid 777,8 milyon dollar pul vəsaiti və Koloni şəhərində bir neçə villa aşkarlayıb. Bundan başqa, Fransa, Böyük Britaniya, İspaniya, Latviya, İsveç, Malta və BƏƏ-də qrupa məxsus daşınmaz əmlak tapılıb. Rusiya ərazisində isə cinayətkar qruplaşmaya məxsus 6 milyon dollar pul, "Kamelot” yaşayış massivində penthaus, Rublyovkada malikanə, Moskvada 8 mənzil, mehmanxana kompleksi, Yaltada 2 milyon dollarlıq yaşayış evi və 2 torpaq sahəsi üzə çıxarılıb.
banner

Oxşar Xəbərlər