AZE | RUS | ENG |

Gülnara Kərimovaya qarşı yeni cinayət işi açılıb

Gülnara Kərimovaya qarşı yeni cinayət işi açılıb
Özbəkistanın Baş prokurorluğu ölkənin birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya qarşı yeni cinayət işi açıb.
AZƏRTAC Baş prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, Gülnara Kərimova "Kuvaysement” və "Bekabadsement” zavodlarının səhmlərini çox aşağı qiymətə alıb və sonradan bu səhmləri yüksək qiymətə xarici sahibkarlara satıb, bununla da dövlətə külli miqdarda maddi ziyan vurub.
Xatırladaq ki, 2015-ci ildə Gülnarə Kərimova vergidən yayınmaqda, dələduzluq, soyğunçuluq, gömrük qanunvericiliyinin və iqtisadi hüquqların pozulması, saxta sənədlərin hazırlanması, qanunsuz gəlirlərin rəsmiləşdirilməsi maddələri üzrə ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında isə ev dustaqlığına buraxılıb. Bu günlərdə Daşkənddə ev dustaqlığından yenidən ümumi rejimli həbsxanaya köçürülüb.
G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.
Gülnara Kərimova indiyədək Özbəkistana cəmi 32 milyon dollar qaytarıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973