• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Gülnara Kərimovanın Özbəkistandakı evlərində 985 adda sənət əsəri aşkar edilib

12.01.20 12:51 1683
Gülnara Kərimovanın Özbəkistandakı evlərində 985 adda sənət əsəri aşkar edilib
Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun qızı Gülnara Kərimovanın bu ölkədəki evlərində ümumilikdə 985 adda sənət əsəri aşkar edilib.
SİAxəbər verir ki, həmin əsərlərin arasında rəsmlər, bəzək əşyaları, keramika, ağacdan hazırlanan bədii məmulatlar və digər qiymətli əşyalar var. Bu əsərlər məhkəmənin qərarı ilə Özbəkistanın müxtəlif muzeylərinə təhvil verilib.
Özbəkistanın Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar Gülnara Kərimovanın cinayətkarlıq yolu ilə əldə etdiyi aktivlərin Özbəkistana qaytarılması istiqamətində İsveçrə, Fransa, Rusiya, Latviya və digər dövlətlərlə danışıqlar aparırlar. Bu ölkədən olan ekspertlər İsveçrə Federal Prokurorluğunun nümayəndələri ilə birgə Gülnara Kərimovanın Cenevrədəki villasında olan 70 sənət əsərinin dəyərini öyrənir və ölkəyə gətirilməsi üçün fəaliyyəti davam etdirirlər.
banner

Oxşar Xəbərlər