Güləşimizin sabit oğlanı - Portret
Güləşdəki nüfuzumuz əvvəllər bəzi adlara söykənirdisə, 2008-ci ildən
komanda şəklində dünyanın ən güclüləri sırasında yer almağa başladıq. Bu dövrdə
ümumkomanda hesabında dünya birincisi, sərbəst güləşdə bir dəfə olimpiya, bir
dəfə isə Dünya Güləş Birliyinin hesablama sistemi ilə dördilliyinin zirvə
yarışının ən yaxşısı olduq. Həm sərbəst, həm yunan-romaçılarımız dünya kubokunu
qazandı, dəfələrlə mükafatçılar sırasında yer aldılar. "Qızıl dövr"ün
bütün illərində isə Cəbrayıl Həsənovun xüsusi imzası var.
Namiq Abdullayevin izi ilə
Bundan başqa, o, təcrübəli
güləş mütəxəssisi Aslan Ağayevin məşqlərində iştirak edirdi.
Nadir temp
Üzücü London xatirəsi
Kubalı güləşçiyə məğlubiyyətin ssenarisi isə olduqca üzücü alındı.
Belə ki, Həsənov sonuncu 5 saniyəyədək hesabda üstün idi.
Yeni çəkidə uğurların davamı və "Tərəqqi" medalı
İtirilən "qızıl", çıxarılan dərs
Kapitan
Rio olimpiadasından sonra əfsanəvi pəhləvanımız Xetaq Qazyumov karyerasını bitirir ki, nəticədə onun daşıdığı kapitan missiyası Cəbrayıla həvalə olunur. Artıq 2 ildir ki, komandanın kapitanıdır. Bu müddətdə o, IV İslam Həmrəyliyi Oyunlarının və Avropa çempionatının bürünc medalını boynundan asıb.
"Geri çəkilmək olmaz"
Əvvəldən bir çatışmayan cəhəti var, o da hesabda öndə olarkən,
müdafiəyə çəkilməsidir. Hər güləşçinin bir uğurlu üslubu var, Cəbrayılda bu,
hücumdur. Nə vaxt ki, sonadək hücum taktikası seçir, görüşü qazanır. Görəndə
ki, müdafiəyə çəkildi, sakitcə üzümü çevirib, gedirəm. Hər dəfə deyirəm ki,
Cəbrayıl, geri çəkilmək olmaz.
7 illik həsrətin sonuna doğru
Cəbrayıl son illər Avropa çempionatlarında fəxri kürsünün daimi sakini, o cümlədən, müxtəlif beynəlxalq turnirlərin dəfələrlə qalib və mükafatçısı olsa da, artıq 7 ildir ki, mundiallarda fərqlənə bilmir. Oktyabrda isə Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatı təşkil olunacaq. Yüksək səviyyədə hazırlıq keçən sərbəst güləş komandamızın digər üzvləri kimi Cəbrayıl da medal qazanacağına inanır. O, hazırkı formasının bunun üçün yetərli olduğunu düşünür.
Bu nəticələri üç fərqli çəki dərəcəsində(66, 74, 79) qazanıb ki, bu
da sərbəst güləşdə ölkə rekordu deməkdir.
Cəbrayıl hisslərini belə ifadə edir: "Atam məni böyük idmançı
kimi görmək istəyirdi. Tale elə gətirdi ki, o, sadəcə, yeniyetməlikdə qazandığım
nailiyyətləri gördü. Amma inanıram ki, onun ruhu indi şaddır. Mən hər yarışda
onu qəlbimdə hiss edirəm. Bu, mənim gücümə güc qatır".
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, eyni zamanda,
sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov Cəbrayılı
nümunəvi idmançı hesab edir: "Onu əbəs yerə komandanın kapitanı təyin
etməmişəm. O, buna nizam-intizamı, yüksək əxlaqi keyfiyyətləri ilə nail olub.
Vətəninə, dövlətinə bağlı insandır. Dünya miqyasında çəkisi olan, fəxr ediləsi
güləşçidir. Hələ bundan sonra da sözünü deyəcəyinə şübhə etmirəm".
Sahib
Namiq Abdullayevin izi ilə
Cəbrayıl İlham oğlu Həsənov 1990-cı ildə Astara rayonunun Suparıbağ
kəndində dünyaya gəlib. Güləşə başlamasında əsas rolu atası oynayıb. Olimpiya
çempionumuz Namiq Abdullayevin uğurları minlərlə valideyn kimi İlham Həsənovu
da övladını güləşə meylləndirməyə sövq etmişdi. Ata, Abdullayevi daim oğluna
nümunə göstərir, onun davamçısı olmasını istəyirdi. Cəbrayıl da getdikcə güləşə
daha möhkəm bağlanır, atasının arzusunu reallaşdırmaq üçün əlindən gələni
əsirgəmirdi.
Böyük idmançı olmaq arzusu Cəbrayılı 2001-ci ildə Bakıya - Respublika
Olimpiya İdman Liseyinə gətirir. Bölgədən paytaxta gələn əksər yeniyetmə
idmançılar kimi, o da ilk vaxtlar çətinliklərlə üzləşir. Məhrumiyyətlər hətta
bir ara fikrini yayındırır, kəndə qayıtmağı, məşqlərini əvvəlki qaydada orda
davam etdirməyi düşünür. Zaman keçdikcə, Cəbrayıldakı potensialı görən liseyin
rəhbəri Rasim Muradov onun xüsusi istedadlar qrupuna daxil edilməsi ilə bağlı
göstəriş verir və beləliklə, problemləri böyük ölçüdə həll olunur.
2005-ci ildə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi, mərhum
Xosrov Cəfərov Cəbrayılı Albaniyada keçirilən Avropa birinciliyi üçün heyətə
cəlb edir. O, bu yarışda üçüncü olmaqla, elə ilk cəhddəcə etimadı doğruldur.
Bununla da yerli güləş ictimaiyyətinin nəzərini cəlb edir. Növbəti il gənclər
arasında keçirilən analoji yarışda bu nəticəni təkrarlayır. Sonrakı iki ildə də
gənclərdə dünya və Avropa çempionatlarının mükafatını qazanır.
2009-cu ildə böyüklərdən ibarət milinin məşqçilər korpusu təcrübəli
güləşçilərlə birlikdə onu da Litvanın paytaxtı Vilnüsdə təşkil olunan Avropa
çempionatına aparmağı qərarlaşdırır. Yığmamızın, tarixdə ilk dəfə 4 qızıl
medalla komanda hesabında birinci olduğu əsas qitə yarışında Cəbrayıl yalnız
finalda Pekin olimpiadasının vitse-çempionu ukraynalı Andriy Stadnikə məğlub
olaraq, gümüş medal qazanır. Bir neçə ay sonra isə Türkiyədə təşkil olunan
gənclərin dünya birinciliyində ən güclü olur.
2010-cu ildə paytaxtımız tarixdə ikinci dəfə Avropa çempionatına ev
sahibliyi etdi. 20 yaşlı Cəbrayıl isə artıq komandanın əsas "qızıl"
ümidlərindən sayılırdı. Yunan-Roma və qadın sərbəst güləşçilərin uğur
estafetini kişi sərbəst güləşçilərin ilk yarış günündə Həsənov maksimum nəticə
ilə davam etdirdi.
Cəbrayıl həmin il Moskvada keçirilən böyüklərin dünya çempionatında
üçüncü, növbəti il Dortmundda təşkil olunan əsas qitə yarışında ikinci dəfə
Avropa çempionu olmaqla, ona bəslənən ümidlərin əbəs olmadığını artıqlaması ilə
sübut edir. 2011-ci ilin sentyabrında İstanbulda baş tutan London Yay Olimpiya
Oyunlarına lisenziya xarakterli dünya çempionatında növbəti dəfə bürünc medal
qazanaraq, dördilliyin zirvə yarışına vəsiqəni təmin edir.
Sadalanan nəticələri qazanarkən, sadəcə 21 yaşı var idi. Bu, nəinki
Azərbaycan, dünya güləşi üçün nadir temp hesab olunurdu.
Üzücü London xatirəsi
Cəbrayıl London olimpiadasına yola düşən 53 nəfərlik idmançı heyəti
arasında ən çox ümid bəslənilənlərdən biri idi. Lakin arzulanan medal son anda
əldən buraxıldı. O, yarımfinalda Yaponiya, üçüncülük görüşündə isə Kuba güləşçisinə
uduzaraq, olimpiadanı beşinci pilləni tutdu.
Yeni çəkidə uğurların davamı və "Tərəqqi" medalı
London olimpiadasından sonra Cəbrayıl çəkisini 74 kiloqrama qaldırır.
Rio olimpiadasınadək dünya çempionatlarında mükafata layiq yer tutmasa da,
medal kolleksiyasına qitə yarışlarının üç mükafatını əlavə edir. Bunlardan biri
də tarixdə ilk dəfə Bakıda təşkil olunan Avropa oyunlarının bürünc medalı idi.
Həmin nəticədən sonra Həsənov dövlət başçısı İlham Əliyev tərəfindən "Tərəqqi"
medalı ilə təltif olundu.
İtirilən "qızıl", çıxarılan dərs
Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziya yarışı ABŞ-ın Las-Veqas
şəhərində keçirilən dünya çempionatı idi. Mundialda ilk beş yer lisenziya
qazandırırdı ki, Cəbrayıl burada 1/8 finalda əzəli rəqibi rusiyalı Anuar
Geduyevə məğlub oldu.
İkinci cəhddə isə istəyini reallaşdırdı. Serbiyada təşkil olunan Olimpiya
təsnifat turnirində ən güclü oldu.
Olimpiya ilinin əvvəlində qazandığı növbəti qitə "gümüş"ü
ilə Rio olimpiadasında mükafatlara iddialı olduğunu bir daha nümayiş etdirdi.
Olimpiada ərəfəsi keçirilən yüksək səviyyəli hazırlıq bütün komanda yoldaşları
kimi onun da potensialını xeyli gücləndirmiş, eyni zamanda, məsuliyyətini
artırmışdı. Cəbrayıl mükafat qazanmağı həm özü, həm də vətən qarşısında borc
hesab edirdi.
Daha yüksəyinə layiq olsa da, Həsənov minimum hədəfə çatır. İlk iki
görüşdə, müvafiq olaraq, Venesuela və Gürcüstan təmsilçilərini vaxtından əvvəl
məğlub edərək, yarımfinala yüksəlir. Burada isə onu əzəli rəqib Anuar Geduyev
gözləyirdi. Cəbrayıl üçüncü cəhddə rusiyalı rəqibini məğlub etməyə çox yaxın
olsa da, son anda Geduyev üstünlüyü ələ keçirir. Burada müəyyən qədər
hakimlərin yanlış qərarları da rol oynamışdı.
Həsənov əvvəlki olimpiadadan dərs çıxardığı üçün psixoloji cəhətdən
özünü üçüncülük görüşünə hazırlayır, özbəkistanlı Bexzod Əbdürrəhmanov üzərində
qələbə ilə Azərbaycana növbəti medalı qazandırır.
O, bu anları belə şərh edir: "Rusiyalı güləşçi ilə görüşdə özümə
arxayın idim. Lakin hakimlər görüşü çox saxladılar. Bir az soyudum, həyəcandan,
bir az boş dayanmaqdan tonusumu itirdim. Bununla belə, hesab 6:4 xeyrimə olmalı
idi. Ancaq hakimlər 5:4 etdilər, özü də onun xeyrinə. Rəqibim 3-4 dəqiqə
istirahət etdi və özünə gələrək, psixoloji cəhətdən toparlandı. Bu məğlubiyyət
məni ruhdan salmışdı. Məşqçilər lazımi psixoloji dəstəyi verib, məni
ruhlandırdılar. 4 il əvvəl son anda medalı əldən vermişdim. Hardasa həmin
olimpiadanın acı xatirələri mənə enerji, güc-qüvvət verdi".
Kapitan
Rio olimpiadasından sonra əfsanəvi pəhləvanımız Xetaq Qazyumov karyerasını bitirir ki, nəticədə onun daşıdığı kapitan missiyası Cəbrayıla həvalə olunur. Artıq 2 ildir ki, komandanın kapitanıdır. Bu müddətdə o, IV İslam Həmrəyliyi Oyunlarının və Avropa çempionatının bürünc medalını boynundan asıb.
"Geri çəkilmək olmaz"
Cəbrayıl haqqında şəxsi məşqçisi, hazırda qadın sərbəst güləşçilərdən
ibarət yığmamızın baş məşqçisi olan Aslan Ağayev danışır: "O, həm də
qohumumdur. Körpəliyindən tanıyıram. İlk vaxtlardan istedadını görürdüm. Fiziki
cəhətdən çox güclü uşaq idi. Buna görə də uğurları yeniyetməliyindən başladı.
Qısa müddətdə bütün yaş kateqoriyalarında nailiyyət qazandı.
Amma bu da var ki, həmin an meydanda baş verənləri idmançının özündən
yaxşı heç kim bilmir. Özü də artıq kifayət qədər təcrübəlidir.
Cəbrayılı bütün planlarda məndən yaxşı heç kim tanıya bilməz. Tam
səmimi deyirəm, qızıl oğlandır. Hər zaman yerini bilib, heç vaxt sadəliyini
itirməyib, ulduz xəstəliyinə tutulmayıb. Böyükdən-kiçiyə hamının hörmətini
saxlayıb.
Razıyam, qoy şəxsi məşqçi kimi mənim yox, başqasının adı qeyd
olunsun, mənə orden, medal, pul mükafatı verməsinlər, amma o, karyerasını
olimpiya zirvəsində bitirsin. Cəbrayıl ən yüksək məqamlara layiqdir".
7 illik həsrətin sonuna doğru
Cəbrayıl son illər Avropa çempionatlarında fəxri kürsünün daimi sakini, o cümlədən, müxtəlif beynəlxalq turnirlərin dəfələrlə qalib və mükafatçısı olsa da, artıq 7 ildir ki, mundiallarda fərqlənə bilmir. Oktyabrda isə Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatı təşkil olunacaq. Yüksək səviyyədə hazırlıq keçən sərbəst güləş komandamızın digər üzvləri kimi Cəbrayıl da medal qazanacağına inanır. O, hazırkı formasının bunun üçün yetərli olduğunu düşünür.
Rekordçu
O, əsas qitə yarışlarında qazanılan mükafatların sayına görə, kişi
sərbəst güləşində ölkə rekordçusudur. 2015-ci ildə Avropa Oyunlarında əldə
etdiyi bürünc medalı da nəzərə alsaq, indiyədək 7 dəfə qitənin ən güclülərinin
yarışında fərqlənib. Ümumən isə 8 Avropa mükafatı qazanmış qadın sərbəst
güləşçimiz Mariya Stadnikdən geri qalır.
Ata nisgili
Cəbrayılın bugünkü səviyyəyə çatmağında atasının rolu böyükdür. Lakin
çox əfsus ki, İlham Həsənov oğlunun böyük uğurlarını görmədən, 2007-ci ildə
cəmi 40 yaşında dünyasını dəyişib.
Nümunəvi idmançı
Portret
Cəbrayıl həm də Dövlət Sərhəd Xidmətinin zabitidir. Zabitə xas
keyfiyyətləri güləş xalçasına da sirayət edib. Vətənpərvərdir. Son dərəcə
intizamlı, təmkinli, hər cür çətinliyə qatlaşan xarakterə malikdir. Sabit
təbiəti idman nəticələrində də əksini tapır. Bir sözlə, kumiri, canlı əfsanəmiz
Namiq Abdullayevin çox xüsusiyyətini özündə daşıyır. Qalır olimpiya
çempionluğu.