• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

Güləşçimiz Musa Mirzəyev dünya çempionu olub

09.10.18 09:37 831
Güləşçimiz Musa Mirzəyev dünya çempionu olub
Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərin yarışında "B” qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.
Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) "A” qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) "D” qrupunda ikinci yeri tutub.
banner

Oxşar Xəbərlər