• cümə axşamı, 25 aprel, 13:03
  • Baku Bakı 23°C

Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu!

05.04.14 08:09 1226
Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu!
70 kq-da yarışan Azərbaycan təmsilçisi Ruslan Dibirhacıyev 1/8 finalda belaruslu Anton Afanasyevi, 1/4 finalda macarıstanlı İstvan Qulyası, yarımfinalda Türkiyə güləşçisi Yakup Görəni üstələyərək finala vəsiqə qazanıb.
Həlledici görüşdə Ruslan erməni güləşçi Qriqor Qriqoryanı 12:2 hesabı ilə məğlub edərək Avropanın ən güclüsü adını qazanıb.
Xatırladaq ki, Azərbaycan yığması Avropa birincilyində bundan əvvəl 5 medal əldə edib. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medal qazanıblar.
banner

Oxşar Xəbərlər