• cümə, 19 Aprel, 09:39
  • Baku Bakı 13°C

Güləşçimiz erməni rəqibini 7:0 hesabı ilə məğlub edib

18.06.15 11:29 1831
Güləşçimiz erməni rəqibini 7:0 hesabı ilə məğlub edib
Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq.
Apasport.az saytının məlumatına görə, ilk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunur.
61 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Hacı Əliyev 1/8 final mərhələsində erməni rəqibi Valodiya Franqulyanla qarşılaşıb və böyük hesab fərqi ilə qalib gəlib - 7:0.
Qeyd edə ki, Hacı Əliyev Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşıdır.
banner

Oxşar Xəbərlər