• çərşənbə axşamı, 19 mart, 13:13
  • Baku Bakı 8°C

Güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib

20.10.18 11:30 517
Güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Dünən yarışın keçiriləcəyi "Laslo Papp" İdman Sarayında bu gün 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. 61, 74, 86 və 125 kq-da çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.
61 kq
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (Kanada)
74 kq
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İsrail)
86 kq
1/16 final - Murad Süleymanov - Quma Bəşir (Sudan)
125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (Almaniya)
banner

Oxşar Xəbərlər