• çərşənbə, 24 Aprel, 00:18
  • Baku Bakı 14°C

Güləşçilərimiz Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə mübarizə aparacaq

07.02.17 12:10 1128
Güləşçilərimiz Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə mübarizə aparacaq
16-17 fevral 2017-ci il tarixdə İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.
Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə B yarımqrupunda yarışacaq.
Fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək.
Qeyd edək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.
banner

Oxşar Xəbərlər