• cümə axşamı, 28 mart, 23:07
  • Baku Bakı 13°C

Güləşçilərimiz Avropa çempionatının ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar

29.03.17 10:45 703
Güləşçilərimiz Avropa çempionatının ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar
Martın 28-də Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
Azərbaycan Güləş FederasiyasındanAZƏRTAC-a bildiriblər ki, çempionatın ilk günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.
Azərbaycan təmsilçiləri 1 qızıl və 1 bürünc medal qazanıblar. Turnirdə 65 kiloqram çəki dərəcəsində yarışan Teymur Məmmədov ilk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə rəqib Türkiyə idmançısı Haydar Yavuz zədələndiyindən Azərbaycan təmsilçisi qalib elan olunub.
Digər təmsilçimiz İsmayıl Abdullayev (74 kq) əvvəlcə İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisini məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Üçüncü yer uğrunda qarşılaşmada o, belaruslu Andrey Karpaçıya qalib gələrək bürünc medal əldə edib.
Pərviz İbrahimov (57 kq) isə ilk iki görüşündə Rumıniya və Gürcüstandan olan rəqiblərinə qalib gəlib. Rusiya idmançısı ilə gərgin keçən yarımfinal görüşündə uduzan güləşçimiz
bürünc medal uğrunda mübarizəyə haqq qazanıb. Bürünc medal qarşılaşmasında ukraynalı Andrey Yatsenkoya uduzan idmançımız beşinci yerlə kifayətlənib.
banner

Oxşar Xəbərlər