• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

Güləşçilərimiz Almaniya Qran Prisində

25.06.14 09:48 1820
Güləşçilərimiz Almaniya Qran Prisində
Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər.
Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanacaq. Heyətdə Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) və Həmzət Osmanov (86 kq) yer alacaq.
Komandamızın üzvləri turnirə Bolqarıstanın Belmeken şəhərində iştirak etdikləri növbəti təlim-məşq toplanışından yollanacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.
banner

Oxşar Xəbərlər