• cümə axşamı, 25 aprel, 08:54
  • Baku Bakı 14°C

Gülər Əhmədovanın xanım vəkilinə qarşı cinayət

03.10.13 13:12 1210
Gülər Əhmədovanın xanım vəkilinə qarşı cinayət
Bakı şəhərində indiyədək ona üz tutan insanların huquqlarını qoruyan şəxs indi öz hüquqlarını tapdalayaraq heçə sayan şəxsin cəzalandırılmasını istəyir. Tanınmış hüquqşünas maşın sahibi olmaq istəyərkən, külli miqdarda pulundan olub.
ANS telekanalında yayımlanmış “Hökm” verilişinin aparıcısı, sabiq millət vəkili Gülər Əhmədovanın da hüquqlarını qorumuş Zülfiyyə Bayramovanın ümumilikdə 20 000 manata yaxın pulu mənimsənilib.
Z.Bayramova 2012-ci il avqustun 12-də avtomobil almaq üçün maşın biznesi ilə məşğul olan Amid Qurbanova 15500 manat verib. Daha sonra isə həmin şəxsə Nəriman Nərimanov heykəlinin yaxınlığında 3000 manat verib. A.Qurbanov həmin pulları etibardan istifadə edərək mənimsəyib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları A.Qurbanovu həbs edərək istintaqa təhvil veriblər.
İdarədən Milli.Az-a bildirildi ki, A.Qurbanovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Onu da əlavə edək ki, Z.Bayramova tanınmış jurnalist İlqar Mikayıloğlunun həyat yoldaşıdır.
banner

Oxşar Xəbərlər