• çərşənbə, 24 Aprel, 18:59
  • Baku Bakı 23°C

“Gülər Əhmədova həkim nəzarətindədir” - Vəkil

04.12.13 10:28 1193
“Gülər Əhmədova həkim nəzarətindədir” - Vəkil
Bu barədə APA-ya məlumat verən Ə.Talıbov G.Əhmədovanın həkim nəzarətində olduğunu bildirib: “Gülər xanımın səhhəti yaxşı deyil. Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır”.
Ə.Talıbov G.Əhmədova barəsində olan hökmdən yaxın günlərdə apellyasiya şikayəti verəcəklərini də bildirib: “Hökm hələ bizə təqdim edilməyib. Təqdim edən kimi apellyasiya şikayəti verəcəyik”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
banner

Oxşar Xəbərlər