• çərşənbə, 17 Aprel, 03:17
  • Baku Bakı 14°C

Gülər Əhmədova Ali Məhkəməyə şikayət etdi

05.05.14 10:06 1388
Gülər Əhmədova Ali Məhkəməyə şikayət etdi
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bildirib ki, məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub. Hakimlər isə qeyd ediblər ki, kassasiya şikayətinin icraata qəbul edilib-edilməməsi ilə bağlı Ali Məhkəməyə sorğu göndərilib və sorğunun cavabını gözləyirlər.
Bununla bağlı prosesdə yarım saatlıq fasilə elan olunub.
Qeyd edək ki, günün birinci yarısında məhkəmədə Gülər Əhmədova ifadə verib. Daha sonra prosesdə istintaqın tamamlanması barədə müzakirələr aparılıb.
G. Əhmədova və vəkilləri istintaqın tamamlanmasına etiraz ediblər. Lakin məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edib.
Dövlət ittihamçısı Rəsul Abbasov çıxış edərək Gülər Əhmədovanın təqsirinin öz təsdiqini tapdığını, onun çıxışının özünü müdafiə xarakteri daşıdığını deyib.
Prokuror məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və hökmün qüvvədə saxlanmasını istəyib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir./apa/
banner

Oxşar Xəbərlər