• cümə axşamı, 25 aprel, 08:12
  • Baku Bakı 14°C

Güclü yağış evlərə ziyan vurdu

28.05.13 10:22 1646
Güclü yağış evlərə ziyan vurdu
APA-nın verdiyi məlumata görə, güclü yağış bir neçə fərdi yaşayış evinə zərər vurub. Qusar şəhər, Əzizbəyov küçəsində bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, su nasoslarından istifadə edilərək evlər və həyətyanı sahələr yağış sularından təmizlənib.
Quba Regional Hidrometeorologiya idarəsindən APA-ya verilən məlumata görə, Quba və Qusarın müxtəlif ərazilərinə 21 mm-dən 35 mm-dək yağıntı düşüb. Quruçay və Qudyalçayda suyun səviyyəsi 14 sm artıb.
banner

Oxşar Xəbərlər