• cümə, 19 Aprel, 15:26
  • Baku Bakı 25°C

Güclü şimal küləyi gəlir - Xəbərdarlıq

20.11.14 12:14 921
Güclü şimal küləyi gəlir - Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edib.
ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, noyabrın üçüncü ongünlüyünün birinci yarısında ölkə ərazisində qeyri-sabit, dəyişkən hava şəraiti gözlənilir. Noyabrın 21-i axşam respublikanın şimal rayonlarından başlayaraq havanın fasilərlə yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Noyabrın 23-dən 25-dək ölkə ərazisində şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.
banner

Oxşar Xəbərlər