• çərşənbə axşamı, 19 mart, 12:37
  • Baku Bakı 8°C

Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq

21.09.19 09:07 475
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
Sentyabrın 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.
Güclü küləklə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar.
AZƏRTACxəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşın saxlamasınlar. Uşaqları küləkli havada həyətə nəzarətsiz buraxmasınlar. Bir daha əhalini ehtiyatlı olmağa çağırırıq.
banner

Oxşar Xəbərlər