• şənbə, 20 Aprel, 18:03
  • Baku Bakı 24°C

Güclü külək Zaqatalada fəsadlar törədib

12.09.17 16:40 1579
Güclü külək Zaqatalada fəsadlar törədib
Güclü külək Zaqatalanın bir sıra kəndlərində fəsadlar törədib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 11-i axşam saat 21 radələrindən başlayaraq sentyabrın 12-nə keçən gecəyə qədər Zaqatala rayon ərazisində qeyri-sabithavaşəraiti hökm sürüb.

Rayonun 3-cü Tala, Muğanlı və Yolayrıc kəndlərində qısamüddətli güclü küləklə müşayiət edilən leysan yağıb. Güclü külək nəticəsində Yolayrıc kəndində bir neçə evin, 20-dən çox tövlə və talvarın dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib.

Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisi verilişində fasilələr yaranıb. Hazırda kənd sakinləri və aidiyyatı qurumlar fəsadların aradan qaldırılması ilə məşğuldur.

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.
banner

Oxşar Xəbərlər