• cümə axşamı, 25 aprel, 16:24
  • Baku Bakı 23°C

Güclü külək rayonlarda elektrik naqillərini qırıb, evlərin damını uçurub

21.03.18 17:17 724
Güclü külək rayonlarda elektrik naqillərini qırıb, evlərin damını uçurub
Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

APA-nın yerli bürosunun məlumatına görə, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadalarıaşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.
banner

Oxşar Xəbərlər