AZE | RUS | ENG |

Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib

Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
Mayın 25-i axşam saatlarında əsən güclü külək Qusar və Quba rayonlarında ciddi fəsadlar törədib.
 
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək Qusarda E.Güləlyev adına şəhər 2 nömrəli tam orta məktəbin və bir neçə fərdi yaşayış evinin dam örtüyünü uçurub. Bununla yanaşı, bəzi yerlərdə elektrik və rabitə dirəklərini, eləcə də irigövdəli ağacları aşırıb. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.
 
Qusarın mərkəzi küçələrindən birində "Nissan” markalı minik avtomobili yıxılan ağacın altında qalıb. Həmin vaxt maşında heç kim olmadığından hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Qubada da külək ağacı "Niva” markalı maşının üzərinə aşırıb. Xəsarət alan olmayıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq vətəndaşa ziyan vurub.
 
Hər iki rayonun icra strukturlarının rəhbər şəxləri, Fövqaladə hallar Komissiyasının üzvləri küləyin daha çox ziyan vurduğu ərazilərə gələrək vəziyyətlə yerində tanış olublar. Fəsadların aradan qaldırılması istiqamətndə təxirəsalınmaz tədbirlər görülür.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892