• cümə axşamı, 25 aprel, 01:36
  • Baku Bakı 19°C

Güclü külək davam edəcək - Proqnoz

11.07.15 13:51 1906
Güclü külək davam edəcək - Proqnoz
Bakı və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 22-32 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə isti təşkil edəcək.
Bölgələrdə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər