Güclü külək Daşkəsəndə ciddi fəsadlar törədib
Bu gün
güclü külək Daşkəsən rayonunda ciddi fəsadlara səbəb olub.
Daşkəsən
rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev APA-ya deyib ki,
güclü külək rayonda 15-dən çox yaşayış binasının dam örtüyünü uçurub.
"Bu
gün səhərdən başlayaraq rayon ərazisində güclü küləlk əsib. Külək daha çox
rayon mərkəzi, Xoşbulaq, Əmirvar və Qarahəsənli kəndlərinə ziyan vurub. Güclü
külək səbəbindən rayon mərkəzində iki hündürmətbəli binanın dam örütyü taxta
konstruksiyalarla birlikdə uçub. Bundan başqa, Xoşbulaq kəndində tibb mənqətəsinin,
Qarahəsənli kəndində isə məktəb binasının dam örtüyünə ziyan dəyib", - deyə
C.Qocayev vurğulayıb.
C.Qocayev
əlavə edib ki, hazırda Fövqəladə Hallar Komissiyası dəymiş ziyanı araşdırır.
Qeyd edək
ki, güclü külək rayonun rabitə və eklektrik xətlərinə də ziyan vurub, bəzi kəndlərə
gedən elektrik naqilləri qırılıb.
Hazırda
daxili imkanlar hesbaına küləyin yaratdığı fəsadların aradan qaldırılmasına
başlanıb.