• cümə axşamı, 18 aprel, 07:03
  • Baku Bakı 12°C

Güclü külək Azərbaycanın şimal bölgəsini iflic etdi

26.09.13 09:53 1631
Güclü külək Azərbaycanın şimal bölgəsini iflic etdi
Ötən gün şimal bölgəsində yağışla müşahidə olunan qısa müddətli külək Quba və Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
APA-nın verdiyi məlumata görə, Quba-Xaçmaz yolunun kənarında yerləşən ağaclar qırılaraq yolda hərəkəti məhdudlaşdırıb. Əraziyə cəlb olunan texnikanın gücü ilə ağacları yolun hərəkət istiqamətindən götürülüb və hərəkət qısa müddətdə bərpa olunub. Quba rayonunda bəzi evlərin dam örtüyünü külək aparıb. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun APA-ya verdiyi məlumata görə, komissiyaya müraciətlər olunur və dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyov APA-ya bildirib ki, güclü külək Şabranda da bir sıra fəsadlar törədib. Belə ki, 1 saylı şəhər məktəbinin dam örtüyünün bir hissəsinə ciddi ziyan dəyib. Bir sıra kəndlərdə elektrik dirəkləri aşıb. Onun sözlərinə görə, dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bundan əlavə, Quba, Qusar, Şabran və Xaçmaz rayonlarına elektrik enerjisinin verilişində də müəyyən problemlər yaranıb. Xaçmaz Regional Elektrik Şəbəkə MMC-dən verilən məlumata görə, bir çox ərazilərdə elektrik xətləri qırılıb. Artıq qəzaların 90 faizi aradan qaldırılıb. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün işlər davam etdirilir.
banner

Oxşar Xəbərlər