• cümə, 29 Mart, 17:54
  • Baku Bakı 14°C

Güclü külək Ağdam və Bərdə rayonlarında elektrik naqillərini qırıb, evlərin damını uçurub

21.03.18 16:38 606
Güclü külək Ağdam və Bərdə rayonlarında elektrik naqillərini qırıb, evlərin damını uçurub
Bu gün güclü küləkAğdamvə Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, elektrik naqillərinin qırılması səbəbindənAğdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

KüləkAğdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub. Külək Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.
banner

Oxşar Xəbərlər