• şənbə, 20 Aprel, 13:18
  • Baku Bakı 23°C

Güclü istilər gəlir, xəbərdarlıq var

18.07.16 13:28 904
Güclü istilər gəlir, xəbərdarlıq var
Azərbaycanda müşahidə ediləcək isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə , bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıq da isə bildirilib ki, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
X X X
İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında yağmursuz hava şəraitinin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

banner

Oxşar Xəbərlər