Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah
Azərbaycanda son 15 ildə həyata keçirilən siyasətin prioritet
istiqamətlərindən biri də sosial sahə ilə bağlı olub. Ötən illər ərzində həyata
keçirilən layihələr, görülən işlər əhalinin aztəminatlı və həssas təbəqəsinə
ünvanlanıb. Elə bu günlərdə prezident İlham Əliyevin Xaçmaz və Xızı rayonlarına
səfəri zamanı əhali ilə görüşündə səsləndirdiyi fikirlər bir daha bunu təsdiq
edir. Dövlət başçısı qeyd edib ki, ölkəmizin ümumi sosial-iqtisadi inkişafı çox
müsbətdir: "Son 3 ayın göstəriciləri bizi çox sevindirir. İndi bir neçə gündən
sonra 4 ayın yekunları da veriləcək. Əminəm ki, biz dinamikanı nəinki
saxlayacağıq, həm də artıracağıq. Ölkə qarşısında duran bütün vəzifələr uğurla
icra edilir. Sosial məsələlərin həllinə gəldikdə, bu günə qədər bir çox
sosialyönümlü layihələr həyata keçirilibdir. Bu layihələrin həyata keçirilməsi
davam etdiriləcək, eyni zamanda, bütün sosial sahədə tam şəffaflıq
yaradılmalıdır. Bu, yeni dövrün tələbidir. Əvvəlki dövrlərdə də mən qarşıya bu
vəzifəni qoymuşam və bu gün bir daha çox ciddi tapşırıq verirəm ki, sosial
sahədə maksimum şəffaflıq təmin edilməlidir. Əminəm ki, ediləcək və sosial
ədalət tam bərqərar olmalıdır”.
Prezident qeyd edib ki, Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub: "Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Ancaq bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstəririk. Bunun nəticəsində ölkəmiz uğurla inkişaf edir. Bunun nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilibdir.
İndi dünyada, bölgədə, qonşuluqda baş verən hadisələri izləyərkən bir daha görürük ki, sosial sahədə pozuntular, bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə, toqquşmalara gətirib çıxarır. Bizim siyasətimiz həmişə birmənalı olub: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik. Bu gün Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Vəzifə isə çox sadədir, onu biz bir neçə il əvvəl qarşımıza qoymuşuq ki, insanları narahat edən bir dənə də problem qalmasın. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, insanların maddi vəziyyətinin yaxşılaşdırılması və infrastrukturla bağlı olan layihələr. Hər bir yerdə, hər bir rayonda və hər bir kənddə bu məsələlərə xüsusi diqqət göstərilir. Əldə edilmiş nəticələr və bu ilin gözəl göstəriciləri tam deməyə əsas verir ki, biz bu düzgün yolla gedəcəyik və bu günə qədər həllini tapmayan məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, sosial siyasət hər zaman prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətlərindən biri olub: "Dövlət başçısının bu siyasətinin əsas məqsədi odur ki, Azərbaycan vətəndaşının sosial rifah halı daim yüksəlsin, aztəminatlı insanların sosial müdafiəsi təmin olunsun. Bununla bağlı cənab prezidentin istər təhsil, istər səhiyyə, istər sosial müdafiə ilə bağlı apardığı işlər bu gün də davam edir. Son səfəri zamanı da dövlət başçısı sosial siyasətin çox vacib sahə olduğunu vurğuladı və dövlətin əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətindəki işlərini bundan sonra da davam etdirəcəyini söylədi. Eyni zamanda prezident İlham Əliyev bu sahədə şəffaflıq məsələsini önə gətirdi və bir daha söylədi ki, məmur süründürməçiliyi, rüşvətxorluq, sosial siyasətdə vətəndaşların aldadılması, sosial müdafiənin təmin olunmasında ünvanlılıq prinsipinin pozulması, sosial sığortadan yayınma, əmək müqavilələrinin bağlanılmaması kimi mənfi hallar da aradan qaldırılmalıdır”.
M.Quliyev əlavə etdi ki, yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub: "Yəqin ki, qeyd etdiyim məsələləri dövlət başçısı onun qarşısında bir vəzifə olaraq qoyub. Əminəm ki, bizim sosial müdafiə, eləcə də səhiyyə və təhsil sahəsində uğurlarımızın bundan sonra da davamı olacaqdır”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, sosial sahədə dövlət siyasətini həyata keçirən orqanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir: "Konkret olaraq, bu nazirlik bir neçə sahəni əhatə edir. Səhiyyə, təhsil bir başqa sahədir. Amma yerdə qalan bütün məsələlər demək olar ki, bu nazirliyin üzərindədir. Ona görə də burada da çoxşaxəli fəaliyyət var. Ünvanlı dövlət sosial yardımları 2006-cı ildən əhalinin aztəminatlı hissəsinə verilir. Hazırda məşğulluq proqramına da start verilib və ölkə prezidenti bu məqsədlə bir neçə dəfə vəsait ayırıb. Bu ildə İşsizlik Fonduna 35 milyon manat pul ayrılıb. Digər tərəfdən, əlilliyin müəyyən olunması, işsizliyə görə müavinətlərin verilməsi və sair sahələr var ki, əhalinin əhəmiyyətli hissəsi, həssas qrupları bu proseslərə cəlb edilib. Təbii prezidentin tələbi budur ki, insanlar bu sahədə narazı qalmasın, əyintilər olmasın, qeyri-şəffaf proseslər baş verməsin”.
S.Məmmədov qeyd etdi ki, 2006-cı ildən ünvanlı sosial yardım verilir, amma alanların sayı durmadan artır: "Lakin dinamika belə idi ki, bunu verdikdə kasıb insanların sayı azalmalı idi. Bu pulu verməkdə məqsəd yoxsulluğu aradan qaldırmağa yönəlmişdi. Amma bu yardımı alanları sayı durmadan arta-arta gedirdi. Deməli, burada qeyri-şəffaf bir mexanizm vardı. Eləcə də qanunvericiliyin mane olduğu xeyli məsələlər var idi ki, bir müddət əvvəl onlar aradan qaldırıldı. Eyni zamanda, işsizliyə görə verilən müavinət sistemində qüsurlar var. Ona görə də bu sahə ilə bağlı dövlət başçısının dedikləri sıradan sözlər deyil. Prezident İlham Əliyev tam məlumatlıdır, bu sferadakı problemləri bilir. Ona görə də bu sahədəki məsələlərlə bağlı konkret şəxslərə göstərişlərini də verib. Çünki prezidentin məqsədi odur ki, aqrar sektorda, sosial sferada, təhsil, miqrasiya və digər sahələrdə əyintilər tamam aradan qalxsın. Fikrimcə, dövlət başçısının bu fikirləri, mesajı gözlənilən idi. Biz indi prosesləri müşahidə etməkdə davam edirik. Burada bizim funksiyamız isə ictimai nəzarətdir və qüsurları gördükdə deyəcəyik, yazacağıq. Çünki dövlət başçısı həm də ictimai nəzarətin güclü olmasında maraqlıdır”.
Bəxtiyar MƏMMDƏLİ