AZE | RUS | ENG |

Gübrə təchizatçılarının və gübrə təchizatçısı olmaq istəyənlərin nəzərinə!

Gübrə təchizatçılarının və gübrə təchizatçısı olmaq istəyənlərin nəzərinə!
Avqustun 27-də Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) gübrə təchizatçıları və gübrə təchizatı ilə məşğul olmaq istəyənlərlə görüş keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların gübrə satışına tətbiqi, təchizatçıların AKİA ilə tərəfdaşlığının qurulması və tənzimlənməsi, fermerlərin daha çox ehtiyac duyduqları gübrələrlə təchizat və digər məsələlər müzakirə ediləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər 22 avqust saat 18:00-dək qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat üçün telefon nömrəsi: 050-764-49-05 (əlaqələndirici şəxs Orxan Nağızadə).




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006