• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

“Guardian Uşaq Hekayələri 2016”-nın ikinci siyahısı açıqlandı

08.08.16 11:05 2155
“Guardian Uşaq Hekayələri 2016”-nın ikinci siyahısı açıqlandı
İngiltərənin ən yüksəktirajlı qəzeti "Guardian” 2016-cı il üzrə elan etdiyi "Guardian Uşaq Hekayələri” mükafatı üçün təqdim edilən əsərlərdən ikinci siyahıda yer alanların adlarını açıqlayıb. 18 yaşına qədər olan oxucuların da qoşulduğu səsverməyə qəzetin ədəbiyyat şöbəsinin redaktorları nəzarət edir. 1967-ci ildən bəri keçirilən keçirilən müsabiqənin qaliblərinə hər il 1500 funt-sterlinq pul mükafatı təqdim edilir və qalib müəllifin növbəti kitabının nəşr, təqdimat və yayım xərcləri qarşılanır. Müsabiqənin ilk siyahısı iyun ayının sonunda, ikinci siyahı isə avqustun ikisində təqdim edilib. Qısa siyahı cari ilin oktyabrında açıqlanacaq. Mükafatın ötənilki qalibi "Ella Qrey üçün mahnı” ("A song for Ella Grey”) əsəri ilə Devid Almond olub. Beləliklə, ikinci siyahını təqdim edirik:
· Malori Blakman – "Ulduzları izləmək” ("Chasing the stars”)
· Brian Selznik – "Möcüzələr” ("The Marvels”)
· Martin Stüart – "Bənd” ("Riverkeep”)
· Aleks Uitl – "Kronqton cəngavərləri” ("Crongton Knights”)
· Bonni Su Hitçkok – "Başqa evlərin qoxusu” ("The smell of other people’s houses”)
· G.R. Gemin – "Dadlı pizza” ("Sweet pizza”)
· Tanya Landman – "Cəhənnəm və qorxunc dalğalar” ("Hell and high water”)
· Zana Freylon – "Sümük sərçə” ("Bone sparrow”)
banner

Oxşar Xəbərlər