• çərşənbə axşamı, 19 mart, 06:40
  • Baku Bakı 8°C

“Guardian” qısa siyahını açıqladı

07.11.16 10:29 1216
“Guardian” qısa siyahını açıqladı
Böyük Britaniyanın nüfuzlu dərgilərindən "Guardian” ənənəvi "Uşaq Hekayələri” üzrə elan etdiyi müsabiqənin builki qalibinin kimliyini bir az daha konkretləşdirən son qısa siyahısını təqdim edib. "Guardian”da yer alan xəbərdə bildirilir ki, dünyanın dörd bir yanından dünya uşaq ədəbiyyatının nüfuzlu imzalarının istedadlarını sərgilədikləri mübarizənin builki son siyahısı həddindən artıq maraqla qarşılanıb.
Ötən il tarixi romanı "Amfibiya əsgər” ilə "Karnegi” medalına layiq görülmüş britaniyalı Tanya Landman mükafatın ölkəsindən çıxmasına imkan verməyəcək qədər iddialıdır. Landmanın açıqlamalarda sərgilədiyi özündən əmin üslub digər namizədlərin fikrini öyrənmək həvəsini öldürür. Landman "Guardian” mükafatı uğrunda mübarizəyə "Saleb və atası” hekayəsi ilə qatılıb. Atasının haqsız yerə sürgün olunması ilə barışmayan balaca qəhrəmanın macərası münsiflər tərəfindən böyük rəğbətlə qarşılanıb. Mükafatın ötənilki qalibi və bu il münsiflər heyətində təmsil olunan Devid Elmond hekayəni "mükəmməl düşünülmüş və hər yaşda insanda maraq oyandıracaq” hekayə kimi dəyərləndirib.
Münsiflərin təqdim etdiyi qısa siyahıda yer alan dörd hekayədən ikisi tarixidir. Onlardan biri amerikalı müəllif və "Möcüzələr” əsəri ilə ABŞ ədəbiyyatının nüfuzlu "Kaldekot” mükafatına layiq görülərək, xarakteri və yaratdığı qeyri-ənənəvi obrazlarla adından uzun müddət bəhs etdirən Brian Selznikin "Cəhənnəm və müqəddəs su” hekayəsidir. Münsiflər heyəti bu hekayəni "özünəməxsus, zehni işlədən və xoş duyğular oyadan, eyni zamanda uşaq ədəbiyyatında necə qeyri-adi gedişlər edilə biləcəyini göstərən” nümunə hesab edib.
İkinci tarixi nümunə isə britaniyalı müəllif Aleks Uitlesin "Kronqton kralları” hekayəsidir. Avstraliya, Flippin, Tayland, Malayziya, Bali və s. kimi ərazilərdə uşaqların əvəzolunmazı hesab edilən Uitlesin hekayəsi "eleqant, bəşəri, nümunəvi və dünyanın gələcəyi ilə bağlı narahat olan hamının bəyənərək oxuyacağı” hekayə kimi dəyərləndirilib. Münsifləri ən çox təsirləndirən nümunə isə ABŞ-dan qatılan namizəd, avstraliyalı yazar Zana Fraylonun "Sümük sərçə” hekayəsi olub. Hekayə haqqında yazılan təqdimatda qeyd edilir: "Gerçək həyat simvollarını özündə olduqca canlı şəkildə əks etdirən və elə ilk səhifədən güclü və peşəkar qələmdən çıxdığı hiss olunan bir nümunədir”
banner

Oxşar Xəbərlər