GUAM xarici işlər nazirləri Tbilisi Bəyannaməsini imzalayıblar
Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləriElmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşün yekununda birgə Bəyannamə imzalayıblar.
APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, bəyannamədə GUAM təşkilatının gələcək inkişaf perspektivləri öz əksini tapıb.