• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

GUAM xarici işlər nazirləri Gürcüstanın baş naziri ilə görüşüblər

08.10.17 19:47 1160
GUAM xarici işlər nazirləri Gürcüstanın baş naziri ilə görüşüblər
GUAM-ın xarici işlər nazirləri Gürcüstanbaş naziri ilə görüşüblər
Azərbaycan, Moldova və Ukrayna xarici işlər nazirləriElmar Məmmədyarov, Andrey Qalbur və Pavlo Klimkin Gürcüstanbaş naziri Giorgi Kvirikaşvili ilə görüşüblər.
APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, görüşdə G.Kvirikaşvili qeyd edib ki, Gürcüstan GUAM-a sədrlik edən ölkə kimi təşkilatın yaranmasının 20 illiyi ilə bağlı xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməkdən qürur duyur.
Görüşdə təşkilata üzv ölkələrin regionda sülh, sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf istiqamətində fəal addımlar atmağa hazır olduqları ifadə olunub.
Tərəflər həmçinin bu gün imzalanan birgə bəyannamənin GUAM ölkələri və xalqlarının rifahı üçün əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, bu gün Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
banner

Oxşar Xəbərlər