• çərşənbə, 24 Aprel, 11:56
  • Baku Bakı 13°C

GUAM xarici işlər nazirləri Gürcüstan prezidenti ilə görüşüb

08.10.17 20:23 1131
GUAM xarici işlər nazirləri Gürcüstan prezidenti ilə görüşüb
Bu gün GUAM ölkələrinin xarici işlər nazirləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüblər.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Gürcüstan prezidenti görüşdə deyib ki, GUAM unikal formatdır və təşkilatın daha da möhkəmləndirilməsi üçün əhəmiyyətli addımlar atmalıdır.
Görüşdə GUAM-ın 20 illiyi və Gürcüstanın təşkilata sədrliyi müzakirə olunub. G.Marqvelaşvili GUAM formatında əməkdaşlığın inkişaf etdirilməsi üçün əsas prioritetlər barədə danışıb. Prezidentin sözlərinə görə, təşkilata üzv ölkələrin üzləşdiyi problemləri həll etmək üçün GUAM vasitəsilə koordinasiya olunmuş addımlar atılmalı və təşkilat beynəlxalq aləmdə daha çox təmsil olunmalıdır.
Görüşdə tərəflər həmçinin regionda təhlükəsizlik, sektorlar üzrə əməkdaşlıq və gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər