• cümə axşamı, 25 aprel, 19:48
  • Baku Bakı 21°C

GUAM Şuşanın Ermənistan tərəfindən işğalını pisləyib

08.05.20 15:37 555
GUAM Şuşanın Ermənistan tərəfindən işğalını pisləyib
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın katibliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində müstəqilliyi və suverenliyini dəstəklədiyimizi bir daha bildiririk”.
Xatırladaq ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
banner

Oxşar Xəbərlər