• cümə, 29 Mart, 13:07
  • Baku Bakı 14°C

GUAM PA-nın 10-cu sessiyasında Bəyannamə qəbul olunub

18.12.17 17:50 2503
GUAM PA-nın 10-cu sessiyasında Bəyannamə qəbul olunub
GUAM Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən 10-cu illik sessiyası başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sessiyanın yekununda Bəyannamə qəbul olunub.

Sənəddə qeyd olunub ki, GUAM PA beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır: "GUAM parlamentarları arasında qarşılıqlı əlaqələr möhkəmləndirilib və həmrəylik gücləndirilib. PA üzvləri regionlararası əməkdaşlığın inkişafında regional və beynəlxalq parlament təşkilatlarının rolunu yüksək qiymətləndirir”.

Bəyannamədə GUAM-a üzv dövlətlərin ərazilərində həll olunmamış münaqişələrlə bağlı ciddi narahatlıq ifadə olunub: "PA GUAM məkanında münaqişələrin suverenliyə hörmət, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunması ilə bağlı özünün qəti və davamlı mövqeyini bir daha nümayiş etdirib”.

GUAM PA təşkilat çərçivəsində mövcud münaqişələrin beynəlxalq prinsiplər əsasında tezliklə həll olunması üçün beynəlxalq ictimaiyyəti davamlı səylər göstərməyə çağırıb.

Sənəddə GUAM çərçivəsində parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və parlamentarlar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilib.

GUAM PA-da sədrlik Moldovaya keçib. PA-nın növbəti sessiyasının vaxtı və yeri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

10-cu sessiyanın yekununda GUAM PA və Baltik Assambleyası arasında birgə bəyanat da imzalanıb.
banner

Oxşar Xəbərlər