• cümə axşamı, 28 mart, 13:36
  • Baku Bakı 16°C

GUAM: Münaqişələr dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında həllini tapmalıdır

27.03.17 15:40 721
GUAM: Münaqişələr dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında həllini tapmalıdır
"Biz GUAM ölkələri ərazisində davam edən münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə cəhd etdiyimizi təsdiqləyirik”.
APA-nın Ukrayna hökumətinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) hökumət başçıları səviyyəsində Kiyevdə keçirilən zirvə toplantısının yekunlarına dair qəbul olunan bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, dövlətlərin ərazisi güc təhdidi və ya gücdən istifadə nəticəsində digər dövlət tərəfindən ələ keçirilə bilməz: "Bu cür fəaliyyətlərin nəticəsindəki hərbi işğal və ya ilhaq qanuni sayıla bilməz".
banner

Oxşar Xəbərlər