• çərşənbə, 24 Aprel, 21:06
  • Baku Bakı 23°C

GTMŞ təmsilçisi beynəlxalq tədbirə qatılıb

08.12.14 13:29 1017
GTMŞ təmsilçisi beynəlxalq tədbirə qatılıb
Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Pərvin Piriyev Fransanın Strasburq şəhərində həyata keçirilən “Əbədi Gənc – Gənclərin muxtariyyət və iş həyatına keçidi” simpoziumunda iştirak edib. ARGTMŞ mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, simpozium Avropa Şurasının Gənclər Departamenti tərəfindən təşkil olunub. 3 gün davam edən tədbirdə Avropa Şurasının üzvü olan ölkələrin gənclər sektorunu təmsil edən 70-ə yaxın gənc iştirak edib. Tədbir gənclərin muxtariyyət və iş həyatına keçidində gənclər siyasətinin rolunu artırılması üçün yeni alət və mexanizmlərin formalaşdırılması və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədi ilə təşkil olunub.
Simpozium plenar və işçi qruplardan ibarət olmaqla təşkil olunub. Plenar iclaslar zamanı ARGTMŞ-nın nümayəndəsi Avropa Şurasının Parlament Assambleyasının prezidenti Anna Brasseur və Avropa Şurasının demokratik iştirak və vətəndaşlıq direktoratının rəhbəri Jean-Christophe Bas ilə keçirilən görüşlərdə iştirak edib. Görüşlərdə Avropa Şurasının Gənclər Departametinin prioritetlərindən biri kimi gənclərin muxtariyyət və iş həyatına keçidinin vacib olduğu vurğulanıb və bu istiqamətdə görüşəcək işlərdən bəhs olunub.
Tədbirin gedişatında iştirakçılar işçi qruplara bölünüblər. İşçi qruplar zamanı iştirakçı ölkələrdə gənclərin muxtariyyəti və işlə təmin olunması, gənclər siyasətinin bu istiqamətdə verdiyi tövhələr mövzüsunda müzakirələr aparılıb. ARGTMŞ-nın nümayəndəsi tərəfindən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatlardan bəhs olunub. Azərbaycanda həyata keçirilən Dövlət Gənclər siyasəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Kaspi.az
banner

Oxşar Xəbərlər