Göstərilən etimad böyük məsuliyyət yaradır - Fotolar
Gəncədən
6 nəfər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalı ilə təltif olunub. Medalları Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Niyazi Bayramov təqdim edib.
Xan-Xoyski
Azad Cəfər oğlu, tarix elmləri doktoru, professor Sadıqov Həsənbala Hənifə
oğlu, tarix üzrə fəlsəfə doktoru Bağırzadə Cavid Vəkil oğlu, fəlsəfə elmləri
namizədi Bayramov Azad Mustafa oğlu, filologiya elmləri doktoru, professor Səmədov
Abbas Abbas oğlu, zoologiyanın tədrisi metodikası üzrə fəlsəfə doktoru Şıxzamanlı
(Əliyeva) Arifə Bahəddin qızı dövlətçiliyin möhkəmləndirilməsində,
sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında xüsusi xidmətlərinə
görə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalı ilə təltif olunublar.
Mərasimdə
çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin
Azərbaycan Xalq Cümhuriyəti tarixindəki rolundan söz açıb, Gəncə ziyalılarının
tarixin araşdırılması və yaşadılmasındakı önəmindən danışıb. Şəhər rəhbəri təltif
olunanları təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzu edib.
Fətəli
xan Xoyskinin qardaşı Cahangir xan Xoyskinin nəslindən olan Azad Xan-Xoyski qeyd
edib ki, layiq görüldüyü bu medal Xoyski nəslinə verilən dəyərin bariz
nümunəsidir. Öz tarixi araşdırmalarından soz açan Azad Xan-Xoyski, bu
istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.
AMEA
Gəncə Regional Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri
Həsənbala Sadıqov təltif olunanlar adından ölkə rəhbərliyinə öz minnətdarlığını
bildirib. O qeyd edib ki, göstərilən bu etimad, onların üzərinə həm də çox böyük
məsuliyyət qoyur. Bir neçə təkliflə çıxış edən Həsənbala Sadıqov, Azərbaycan Xalq Cümhuriyyəti və onun Gəncə
dövrü ilə bağlı elmi araşdırmalarının yer aldığı kitabları şəhər rəhbərinə
təqdim edib.
Azərbaycan
Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının
müdiri Azad Bayramov qeyd edib ki, bu, tək onlara yox, bütövlükdə Gəncə
ziyalılarına verilən dəyərdir. "Göstərilən
etimadı bundan sonra da doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik” –
deyə o, vurğulayıb.
Çıxışlardan
sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov medalları
sahiblərinə təqdim edib.